Qusarda narkomaniya və erkən nikahın törətdiyi fəsadlar haqqında danışılıb

9 İyun 2022, 14:00

Foto Baş Narkotiklərlə Mübarizə İdarəsi FB

Qusar rayonunda narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 9 iyun tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Rayonun Quxuroba, Çubuqlu, Ləgərqışlaq və Hiloba kənd məktəblilərinin iştirakı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının və icra hakimiyyətinin nümayəndələri, məktəblərin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə məktəblilərə narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışılıb. Burada gənclərə daima diqqətli olmaq tövsiyə olunub, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə, bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğu bildirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.