Məktəblilər mövzuya aid şeirlər söyləyiblər
Qusarın Əniq kənd Diyarşünaslıq evində “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 9 iyun tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
“Şuşa İli”nə həsr olunmuş tədbir Zindanmuruq, Cağar, Suvacal və Xuray kənd klublarının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə sözügedən idarənin rayon üzrə nümayəndələri, Vətən müharibəsi şəhidləri Yunusov Amrid və İmaməliyev Sərrafın valideynləri və qazilər, kənd ictimaiyyətinin nümayəndələri, eləcə də məktəb şagirdləri iştirak ediblər. İlk öncə qonaqlar Şuşaya aid rəsm, dekorativ-tətbiqi sənət və milli mətbəx nümunələrindən, qədim tarixi məişət əşyalarından ibarət sərgiyə baxış keçiriblər. Tədbirin bədii hissəsində bədii özfəaliyyət musiqi kollektivlərinin üzvləri, güc pəhləvanı Surət Pirnəzərov tədbir iştirakçıları qarşısında geniş və rəngarəng konsert proqramı ilə çıxış ediblər. Sonda məktəb şagirdləri Şuşaya həsr olunmuş şeirlər söyləyiblər.