Qusardan keçən çayın su səviyyəsi azalıb. Bu barədə ShimalNews 9 iyun tarixində Azərtac-a istinadən məlumat verir.
Kuzun məntəqəsində Qusarçayın suyu son göstəriciyə nisbətən 18 santimetr aşağı düşüb.
Qusarçay Xəzər dənizinə axmazdan öncə Qusar, Quba və Xaçmaz rayonları ərazisindən keçir. Onun ümumi uzunluğu 108 km təşkil edir. Suvarma işlərində geniş istifadə olunan bu çayın üzərində 4 ədəd hidroelektrik stansiya quraşdırılıb.