Qubanın icra başcısı sakinləri narahat edən məsələlərlə maraqlanıb

9 İyun 2022, 9:57

Foto Quba RİH

Görüş Alıc kəndində baş tutub

Qubanın icra başcısı Alıc kənd sakinləri ilə görüşüb. Bu barədə ShimalNews 9 iyun tarixində Quba Rayon İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən məlumat verir.

Görüş zamanı Ziyəddin Əliyev sakinləri narahat edən məsələlərlə maraqlanıb. Həmçinin, kənddə fəaliyyət göstərən Alıc kənd kitabxanası ilə tanış olub. Z.Əliyev yeni Mədəniyyət Evinin tikintisi və sözügedən kənd yolunun təmir olunması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Daha öncə, Ərməki kəndində baş tutan səyyar qəbul haqda məlumat vermişdik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.