Qubada yolun təmirinə görə küçə bağlanıb

9 İyun 2022, 10:24

Photo Shimal.News

İşlərin 2 gün davam edəcəyi bildirilib

Quba şəhəri, Tofiq Əhmədov küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu haqda ShimalNews-a 9 iyun tarixində məlumat daxil olub.

Səhər saatlarından başlayaraq bu ərazidə yolun genişləndirilməsi işləri aparılır. Bura texnika və canlı qüvvə cəlb edilib. Alternativ yol kimi sürücülər 226-cı diviziya küçəsindən istifadə edirlər.

Əldə olunan məlumata görə, bu proses 2 gün davam edəcək. İşlər yeni açılan marketin rəhbərliyinin sifarişi ilə icra olunur.

Adıçəkilən ərazi Alekseyevka kəndi və Zərdabi qəsəbəsi istiqamətində hərəkət edən marşrut avtobuslarının dayanacağıdır.

Photo Shimal.News

Photo Shimal.News

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.