Qubada “Texnikabank”ın əmlakı satışa çıxarılacaq

9 İyun 2022, 18:30

Foto Fed.az

Hərrac iyunun 16-sı baş tutacaq

Fəaliyyətini dayandırmış bankın Quba rayonundakı əmlakı hərraca çıxarılacaq. Bu barədə ShimalNews 9 iyun tarixində Fed.az-a istinadən məlumat verir.

Aşağı Xuc kəndində “Texnikabank” ASC-nin balansında olan 2.3 hektara yaxın torpaq sahəsi satışa çıxarılacaq. Onun ilkin qiyməti 5.500 manat təşkil edəcək.

Satış prosesinə 16 iyun 2022-ci il tarixində “Bakı Hərrac Mərkəzi”ndə start veriləcək. Bundan öncə qiymətin 5%-i həcmində beh ödənilməlidir. Məbləğin qalan hissəsi 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər:
F/Ş şəxsiyyət vəsiqəsi;

H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh., Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə).

Tel: 050/055-206-66-67

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.