Qubada Avropadan gətirilən yeni ərik sortları sınaqdan keçirilir

9 İyun 2022, 15:45

Foto AZTV youtube

Yeni növ əriklər daha çox qazanc əldə etmək imkanı verir

Quba rayonunda ərik bağlarının salınmasına maraq azalıb. Bu barədə ShimalNews 9 iyun tarixində AZTV-yə istinadən məlumat verir.

Son illərdə soyuq iqlim şəraitində ərik ağaclarının məhsuldar olmaması səbəbindən fermerlər bağ salmağa maraq göstərmir. Bu problemin həlli üçün Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun təcrübə stansiyasında İspaniyadan gətirilən yeni sortlar sınaqdan keçirilir.

“Bəzi fermer və sahibkarlar əsasən yerli sortun tutumunun zəif olması ilə bağlı şikayətlənirdi. Bu sort soyuğa, xəstəlik və zərərvericilərə çox davamlıdır, həmçinin digər növlərlə nisbətdə daha az dərman istəyir”, – deyə aqronom Vasif Kərimov bildirib.

Yeni növ əriklərin qazanc baxımından da üstünlükləri var. Bir hektarlıq torpaq sahəsində 800 tinq əkmək mümkün olur. Bu növ ərik ağaclarının hər biri isə təxminən 4 ildən sonra fermerə 50 manata yaxın qazanc verir. Bir hektarlıq ərazi üçün bu məbləğ 40 min manat təşkil edir. Bu isə kənd təsərrüfatı sahəsində yaxşı qazanc hesab olunur.

Son zamanlar bazarlarda satılan əriyin bir hissəsi xarici ölkələrdən gətirilir. Buna görə də qiyməti baha olur. Yeni sort ərik bağlarının sahəsi artdıqca  yerli meyvələrin hesabına qiymətlər də aşağı düşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.