Quba FRİTL-də mülki müdafiə mövzusu müzakirə olunub

9 İyun 2022, 12:00

Foto Quba FRİTL FB

Quba Fizika riyaziyyat və informatika təmayüllü liseydə “mülki müdafiə” adlı dəyirmi masa təşkil olunub. Bu barədə ShimalNews 9 iyun tarixində təhsil ocağının Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunu əhatə edib. Burada fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunması və digər mövzularda söhbətlər aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.