Quba: bir nəfər intihara cəhd edib

9 İyun 2022, 9:23

photo envato

Hadisə Vladimirovkada qeydə alınıb

Qubanın Vladimirovka kəndində intihara cəhd hadisəsi baş verib. Bu barədə ShimalNews 9 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Əraziyə xilasedicilər cəlb olunub. Vətəndaşla psixoloji söhbətlər aparılıb. Nəticədə o, özünə qəsd etmək fikrindən daşınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.