Şimal: ümumi təhsil müəssisələrinin 8500-dən çox şagirdi biliklərini sınayıb

8 İyun 2022, 11:30

Foto Azertac

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlarda ümumi təhsil müəssisələrinin 4-cü sinif şagirdləri üçün monitorinq təşkil olunub. Bu barədə ShimalNews 8 iyun tarixində Azərtac-a istinadən məlumat verir.

Tədris dili və riyaziyyat fənləri üzrə aparılan monitorinqdə 8500-dən çox şagird iştirak edib. Təhsil alanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda, sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Yoxlamaların keçirilməsində əsas məqsəd şagirdlərin nailiyyətlərinin yaxşılaşdırılması, eləcə də ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.