Qusarda Ağsaqqallar Şurası konfrans keçirib

8 İyun 2022, 15:46

Foto agsaqqallarsurası.az

Qusarda Ağsaqqallar Şurasının yerli təşkilatlarının növbəti hesabat konfransı baş tutub. Bu barədə ShimalNews 8 iyun tarixində Modern.az-a istinadən məlumat verir.

Tədbirdə şuranın sədr müavini Tahir Süleymanov və mətbuat katibi Rafiq Rzayev, Qusar Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahid Fərəməzov, rayon ağsaqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfranslarda çıxış edən Tahir Süleymanov cəmiyyətimizdə, xüsusilə də gənclər arasında bir sıra problemlərdən söz açıb. Onların arasında narkomaniya, dini ekstremizm, erkən nikahlar və son zamanlar artan boşanma halları yer alıb.

“Məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə yaşamamalıyıq, boşanmalar nəticəsində körpələrimizi gözüyaşlı qoymamalıyıq, gənclərimizin “ağ ölümün” qurbanına çevrilməsinə imkan verməməliyik”, – sədr müavini həmçinin vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.