O, tank mərmisi partlaması nəticəsində xəsarət alıb
Qusar rayonunun Atluxan kəndindən olan qazi protezlə təmin olunub. Bu barədə ShimalNews 8 iyun tarixində Qusar Rayon Mərkəzi Xəstəxanasına istinadən məlumat verir.
24 yaşlı İlkin Abuyev Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Döyüş zamanı tank mərmisinin partlaması nəticəsində sol qolunu itirib.
Heydər Əliyev fondunun köməkliyi ilə İlkinin müayinə və müalicəsi təmin edilib. Eləcə də o, Protez – Ortopedik Bərpaetmə Mərkəzi tərəfindən protezlə təmin olunub.