Qubalı idmançılar MMA, Pankration və Qrapplinq idman növləri üzrə keçirilən ölkə çempionatında uğurla çıxış ediblər. Bu barədə ShimalNews 8 iyun tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.

Yarış Bakı şəhəri Sərhədçi İdman Olimpiya Kompleksində yeniyetmə və gənclər arasında baş tutub. Nəticədə qrapplinq idman növü üzrə II yeri Vüsal Bağırzadə, III yeri isə Hünər İsmayılov, Ceyhun İsmayılov və Hüseyn Bədəlov tutublar.