Qubada “BMW” qaçıranlar polis tərəfindən tutulub

8 İyun 2022, 13:31

photo deposit

Qubada iyunun 7-si avtomobil qaçıranlar tutulub. Bu barədə ShimalNews 8 iyun tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Şəhər ərazisində R.Ağayarova məxsus “BMW” markalı avtomobil qaçırılıb. Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə əməli törətməkdə şübhəli bilinən Quba sakinləri X.Abbasov və sərnişini N.Səlimov avtomobillə birgə Abşeron rayonu ərazisində saxlanılıblar.

Daha sonra məlum olub ki, Abbasov əvvəllər məhkum olunmuşdur.

Araşdırma davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.