Açılış iyun ayının 15-i olacaq
Qubada yeni supermarketin açılışına hazırlıq işləri aparılır. Bu barədə ShimalNews 8 iyun tarixində məlumat verir.
“Megastore” mağazası iyunun 15-i, saat 11:00-da fəaliyyətə başlayacaq. Bu münasibətlə şou-proqramın təşkil olunacağı gözlənilir. Həmçinin sakinlər endirimlərdən yararlana biləcəklər.
Ünvan: Quba rayonu, Heydər Əliyev prospekti, Tofiq Əhmədov 1.
Daha öncə, adıçəkilən marketin önündə piyada səkisinin sökülməsi haqqında məlumat vermişdik.