Quba: bəzi kanalizasiya lükləri qapaqsız qalıb

8 İyun 2022, 17:55

Photo Shimal.News

Qubada bir sıra yolların hərəkət hissəsində kanalizasiya quyuları qapaqsızdır. Bu haqda ShimalNews-a 8 iyun tarixində məlumat daxil olub.

M.P.Vaqif küçəsində 2 ədəd, Fətəlixan küçəsində isə 1 ədəd lükün qapağı yoxdur. Sakinlər bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etdiklərini bildiriblər.

Daha öncə, mart ayında Vaqif küçəsində eyni halın müşahidə olunması haqqında məlumat vermişdik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.