O, Qubanın Qırmızı qəsəbəsində anadan olub
Qubadan olan rusiyalı iş adamı Qod Nisanov “Olimpiyski” idman kompleksinin direktorlar şurasını tərk edib. Bu barədə ShimalNews 8 iyun tarixində Oxu.az-a istinadən məlumat verir.
“2022-ci il iyunun 3-də Nisanov “Olimpiyski İdman Kompleksi” ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək və bu layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib”, – deyə “Kiyev Ploşad” şirkətlər qrupunun mətbuat xidmətindən bildirilib.
Daha öncə, Nisanovun Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılması haqda məlumat vermişdik.
Quba rayonunun Qırmızı qəsəbəsində anadan olan Qod Nisanov milliyyətcə dağ yəhudisidir.