Qubada 21 iyun – Beynəlxalq Yoqa günü münasibətilə xarici qonaqların iştrakı ilə tədbir keçirilib. Bu barədə ShimalNews 8 iyun tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Hindistanın ölkəmizdəki səfirliyi, Quba Rayon İcra Hakimiyyəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında yoqa məşğələləri keçirilib.

Beləliklə universitetin idman meydançasında 100 nəfərə yaxın şəxslə yoqa məşğələləri Kənan Məmmədov tərəfindən keçirilib. Daha sonra isə Hindistan mətbəxi əsasında hazırlanmış yeməklərin dadına baxılıb.

Tədbirdə Hindistanın səfiri Bavitlunq Vanlalvavna, Qubanın icra başçısının müavini Səidə Abasova, səfirliyin mədəniyyət məsələləri üzrə 2-ci katibi Acay Pandey, səfirliyin attaşesi Anuraq Kumar, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, filialın müəllim və tələbə kollektivi iştirak ediblər.