Bu gün Vətən müharibəsi şəhidi İkram Məmmədovun doğum günüdür

8 İyun 2022, 13:45

Foto açıq mənbələrdən

İyunun 8-də Vətən müharibəsi şəhidi İkram Məmmədovun doğum günüdür.

İkram Ehtiram oğlu Məmmədov 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub. İkram oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Nəşinin olduğu yer üç aydan sonra müəyyənləşib. O, doğma Çiləgir kəndində dəfn olunub.

Ölümündən sonra Məmməov “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.