Bu gün şəhid baş leytenant Elvin Əlimovun mövlud günüdür

8 İyun 2022, 11:10

Foto açıq mənbələrdən

Bu gün Vətən müharibəsi şəhidi Elvin Əlimovun doğum günüdür.

Baş leytenant Elvin Nəsrəddin oğlu Əlimov 1995-ci il iyunun 8-də Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində anadan olub. Elvin Vətən müharibəsində igidlik və mərdlik göstərərək sentyabrın 28-i Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əlimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. O, Suraxanı rayonu, Hövsan qəsəbəsində dəfn olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.