Xaçmazda keyfiyyətli məhsul əldə etmək üçün fermerlərə tövsiyələr verilib

7 İyun 2022, 18:30

Foto BM və TBETİ-nin Xaçmaz Təcrübə Stansiyası FB

Xaçmaz rayonunda pomidor əkinlərinin keyfiyyətli becərilməsinə dair müşahidələr aparılıb. Bu barədə ShimalNews 7 iyun tarixində Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Xaçmaz Təcrübə Stansiyasının Facebook səhifəsinə istinadən məlumat verir.

Sözügedən idarənin elmi əməkdaşları Sayad, Bəyqışlaq, Canaxır, Nərəcan və digər kəndlərdə olublar. İşçilər pomidor əkinlərində xəstəlik və zərərvericilərin yayılması, növ tərkibinin öyrənilməsi məqsədilə müşahidələr aparılıb. Sayad kəndində yerləşən 1 ha nümayiş üçün pomidor əkini sahəsində fermerlərlə bitkinin becərilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin keçirilməsi haqqında qarşılıqlı lazımi tövsiyələr verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.