Quba: Ağçayın sahilində karxana inşa edilir

7 İyun 2022, 18:45

Photo Shimal.News

Qubada yeni qum-çınqıl karxanasının fəaliyyəti üçün hazırlıq işləri aparılır. Bu barədə ShimalNews-a 7 iyun tarixində izləyicilərdən məlumat daxil olub.

Müəssisə Quba-Qonaqkənd yolunda, Ağçayın sol sahilində yerləşir. Ərazi kol-kosdan təmizlənib və hamarlama işləri aparılıb. Həmçinin qurğuların inşası prosesi davam edir.

Daha öncə “Babaçay” və “Qonaqkənd” qum-çınqıl yataqlarının satışa çıxarılacağı haqqında məlumat vermişdik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.