ASAN Könüllüləri növbəti ekoloji aksiyanı Qubada təşkil edəcək

7 İyun 2022, 18:15

Foto Azertac

Məqsəd plastik tullantıları toplayıb təkrar emala yönəltməkdir

Quba şəhərində “Tullantısız Dünya” proqramı çərçivəsində layihə keçiriləcək. Bu barədə ShimalNews 7 iyun tarixində ASAN Könüllülərinin Facebook səhifəsinə istinadən məlumat verir.

Proqramın icra olunmasında məqsəd plastik tullantıları toplayıb təkrar emala yönəltməkdir. Layihə çərçivəsində 300 ton plastikin toplanılaraq təkrar emala cəlb edilməsi planlaşdırılır. Yığımı həyata keçirmək məqsədilə ASAN xidmət mərkəzlərinə iri həcmli tullantı qutuları yerləşdirilib. Bununla yanaşı yığım prosesinə qeyd olunan regionlarda təhsil müəssisələri və müxtəlif obyeklərin də cəlb olunması planlaşdırılır. Eyni zamanda, layihə çərçivəsində yığım işi ilə yanaşı əhali arasında təbliğat işləri və ekoloji rəy sorğuları da keçiriləcək.

Layihə “Coca-Cola” Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı və İcra hakimiyyətinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.