Xaçmazlı idmançılar Kunq-Fu idman növü üzrə Azərbaycan çempionatında uğurla çıxış ediblər. Bu barədə ShimalNews 6 iyun tarixində Rayon Gənclər və İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
Yarış yeniyetmələr, gənclər və kişilər arasında “Sərhədçi” İOM-da təşkil olunub. Rayon 10 idmançı ilə təmsil olunub. İdmançılardan Hikmət Kazımov öz çəkisində ən yaxşı nəticə göstərərək Kunq-Fu üzrə Respublika çempionu adını qazanıb. Digər idmançılardan isə Səid Bağırov və Tacir Bağırov bürünc medala layiq görülərək 3-cü yerdə qərarlaşıblar.