Qubalı idmançı MMA, Grappling (gi/no-gi), Pankration üzrə keçirilən Azərbaycan çempionatında uğurla çıxış edib. Bu barədə ShimalNews-a 6 iyun tarixində məlumat daxil olub.
Yarış 4-5 iyun tarixlərində Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. 71 kq çəki dərəçəsində mübarizə aparan Şahnur Mehdiyev grappling no-gi versiyasında və Pankration idman növündə 1-ci yerə layiq görülüb.