Qubalı idmançı MMA, Grappling (gi/no-gi), Pankration üzrə keçirilən Azərbaycan çempionatında 2 medal qazanıb. Bu barədə ShimalNews-a 6 iyun tarixində məlumat daxil olub.
Turnir Sərhədçi İdman Olimpiya Mərkəzində təşkil olunub. Babayev Natiq grappling idman növündə no-gi versiyasında 2-ci, gi versiyasında isə 3-cü yerə layiq görülüb. O, 62 kq çəki dərəcəsində mübarizə aparıb.