Quba Heydər Əliyev Mərkəzində ekskursiya keçirilib. Bu barədə ShimalNews 4 iyun tarixində mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.

Ekskursiyada Əspərasti kənd Nurəddin Rzayev adına tam orta məktəbin 8-ci sinif şagirdləri iştirak ediblər. Şagirdlər Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolunu əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin bələdçisi onlara dahi siyasətçinin həyat fəaliyyəti və zəngin siyasi irsi haqqında ətraflı məlumat verib.

Sonda məktəblilər “Şuşa ili” ilə əlaqədar təşkil olunmuş sərgiyə baxış keçiriblər.