Xaçmaz Rayon Ağsaqqallar Şurasının illik hesabat iclası baş tutub. Bu barədə ShimalNews 3 iyun tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən məlumat verir.

İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər və xatirəsini ehtiramla yad ediblər. Tədbirdə şuranın sədri Məhərrəm Abbasov illik fəaliyyətlərindən və gələcəkdə görüləcək işlərdən danışıb. Daha sonra icra başçısı Elnur Rzayev ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs edib.

Sonda E.Rzayev bu günlərdə 75 yaşı tamam olan Veteranlar Şurasının Rayon Təşkilatının sədri Fərhad Şeydayevi Fəxri fərman və qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırıb.