Qubada stolüstü tennis idman növü üzrə rayon turnirinin qalibləri mükafatlandırılıb. Bu barədə ShimalNews 3 iyun tarixində Rayon Gənclər və İdman idarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
“28 – May Müstəqillik Günü”nə həsr olunan birinciliyinin nəticələrinə əsasən:
- Əliyev Əli 1-ci yerə,
- Talıbov Sabir 2-ci yerə,
- Əhədov Kərim isə 3-cü yerə layiq görülüblər.
Qaliblər sözügedən idarə tərəfindən diplom və medallarla təltif ediib.