Əslən Qusardan olan cüdo üzrə Dünya və Avropa çempionu növbəti qızıl medalını qazanıb. Bu barədə ShimalNews 3 iyun tarixində Sumqayit24.az-a istinadən məlumat verir.
Veteran cüdoçular arasında keçirilən AVRO-2022 çempionatı Yunanıstanın Heraklion şəhərində baş tutub. 62 yaşlı Fərhad Rəcəbli (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rəcəbli 11 oktyabr 1959-cu ildə Qusar rayonunun Əcəxur kəndində anadan olub. O, 9 dəfə dünya çempionu adını qazanıb.