Xaçmaz rayonunda mini-futbol üzrə rayon birinciliyi keçiriləcək. Bu barədə ShimalNews 2 iyun tarixində Rayon Gənclər və İdman idarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
15 İyun – “Milli Qurtuluş günü”nə həsr olunmuş birincilikdə iştirak etmək istəyənlər iyunun 6-na kimi qeydiyyatdan keçib və sözügedən idarədə təşkil olunacaq püşkatmaya qatılmalıdır. Oyunlar şəhərdə yerləşən mini-futbol meydançasında baş tutacaq.
Əlaqələndirici şəxs: Məmmədşah İsrafilov
Əlaqə nömrələri: 070 778-22-21; 050 357-67-81.