Xaçmaz rayonunda sərbəst güləş üzrə milli komandamız Avropa çempionatına hazırlıq məşqlərini keçirir. Bu barədə ShimalNews 2 iyun tarixində Azərbaycan Güləş Federasiyasının Facebook səhifəsinə isinadən məlumat verir.
U-17 milli komandamızın məşqçilər korpusu toplanışı 2 hissəyə bölüb. İdmançılar üçün Xaçmaz Olimpiya İdman Kompleksində fiziki hazırlıq üzrə TMT keçirilib. Bu gündən isə həmin məkanda taktiki-texniki çalışmalara start veriləcək. 22 sərbəst güləşçi məşqlərini böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında keçirir. Rayonda toplanış iyunun 12-dək davam edəcək.
Avropa çempionatı iyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.