Dövlət Turizm Agentliyi sosial media istifadəçilərinin istirahət üçün daha çox üz tutduğu turistik məkanları müəyyən edib. Bu barədə ShimalNews 2 iyun tarixində Dövlət Turizm Agentliyinə istinadən məlumat verir.

Həmin məkanlar arasında Quba və Qusar ön sıralarda yer alıblar. Məlumatlılıq və aktuallıq səviyyəsinin yoxlanılması məqsədilə İnstagram sosial şəbəkəsinin 2018-2021-ci illəri əhatə edən təhlil nəticələri üzrə hesabat hazırlanıb.

Araşdırmada 70 fərqli məkan haqqında paylaşımlar, bəyənilmə statistikası, mövsüm və müvafiq olaraq proqnozların verilməsi hədəflənib. Həmçinin göstəricilər təbiət, xüsusi maraq, sağlamlıq, mədəniyyət və tarix kimi kateqoriyalar əsasında təsnifatlaşdırılıb.

Paylaşımların 79%-ə yaxını Azərbaycan dilində, daha sonra isə ingilis, rus, fars, ispan, italyan və digər dillər üzrə edilib.

Paylaşımlara əsasən, ən populyar şəhərlər arasında Qusar (30 min) və Quba (20 min) yer alıblar.