Xaçmaz şəhərində avtomobil piyadanı vurub. Bu barədə ShimalNews-a 1 iyun tarixində məlumat daxil olub.

General Hüseyn Rəsulbəyov küçəsində “Mercedes” markalı minik avtomobili yolu keçən gənc qızı vurub. Xəsarət alan hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.