Qubalı idmançılar “Pauerlifting, benç-press və deadlift” üzrə Respublika çempionatında yüksək nəticə əldə ediblər. Bu barədə ShimalNews 30 may tarixində “gubaquba” İnstagram səhifəsinə istinadən məlumat verir.

Böyüklər, gənclər arası Azərbaycan çempionatı 27-29 may tarixlərində baş tutub. Çempionatda Qubanı 5 idmançı ilə təmsil edən “44 GYM” komandası 4 qızıl və 1 gümüş medal qazanıb:

  • Elvin Müzəffərov 67,5 kq çəki dərəcəsində “Powerlifting” üzrə Azərbaycan çempionu,
  • Nurlan Ağayev 75 kq çəki dərəcəsində “Powerlifting” üzrə Azərbaycan çempionu,
  • Elnur Ramazanov 90 kq çəki dərəcəsində “Powerlifting” üzrə Azərbaycan çempionu,
  • Hacı Məmmədov  67.5 kq çəki dərəcəsində “Bench-Press” (sinədən sıxma) hərəkətində Azərbaycan çempionu,
  • Həmzə Əliyev 82.5 kq çəki dərəcəsində “Bench-Press” (sinədən sıxma) hərəkətində Azərbaycan 2-cisi olub.

Sonda idmançılarımız Gənclər və İdman naziri Fərid Qayıbovun imzaladığı diplom və medallarla təltif olunub.