Qubanın idmançıları kikboksinq üzrə açıq turnirdə qızıl medal qazanıblar. Bu barədə ShimalNews 30 may tarixində Suraxanı Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Qarabağ Şəhidlərinin xatirəsinə həsr olunmuş çempionatda 20 klubdan 180 idmançı iştirak edib. Turnirdə 1-ci yerə “Quba” klubu, 2-ci yerə FHN klubu,  3 yerə isə “Dragon” klubu layiq görülüblər

Yarış Azərbaycan Kikboksinq Federasiyasının, Suraxanı Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakıda yerləşən “Hövsan” OİK-də baş tutub.