Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Bu barədə ShimalNews 30 may tarixində idarənin Facebook səhifəsinə istinadən məlumat verir.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyinə həsr edilmiş turnir “Şahdağ-Quba” idman kompleksində təşkil olunub. Birinciliyə Bakı, Sumqayıt, Şabran, Qubadan 130-a yaxın idmançı qatılıb.
Yarışın keçirilməsində məqsəd cüdo idman növünün kütləviliyinin artırılması və perspektivli idmançıların aşkar edilməsidir.