Quba rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb. Bu barədə ShimalNews 28 may tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
Quba Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları şəhid Rəvan Əliyevin şəhidlər xiyabandakı məzarını ziyarət ediblər. İşçilər məzarın önünə gül dəstələri düzüblər və şəhidin xatirəsini ehtiramla yad ediblər.
Rəvan ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.