Bu gün Şimal bölgəsində oduncaq tədarükü ilə əlaqədar ictimai dinləmələr keçiriləcək. Bu barədə ShimalNews 25 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Facebook səhifəsinə istinadən məlumat verir.

Dinləmələrin baş tutacağı rayonlar və digər təfərrüatlar aşağıda təqdim olunur:

  • Quba rayonunun Növdün kəndi, saat 11:00;

Odun tədarük olunacaq sahə: Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin Rustov meşəbəyliyinin 5-ci və 10-cu dolayı;

Əlaqələndirici şəxs: Fəxrəddin Məmmədquliyev, tel: 070 676 90 74.

  • Qusar rayonunun Yasab kəndi, saat 14:00;

Odun tədarük olunacaq sahə: Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin 6-cı dolayı;

Əlaqələndirici şəxs: Fəxrəddin Məmmədquliyev, tel: 070 676 90 74.

  • Qusar rayonunun Böyükmuruq kəndi, saat 15:00;

Odun tədarük olunacaq sahə: Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin Həzrə meşəbəyliyinin 4a dolayı;

Əlaqələndirici şəxs: Fəxrəddin Məmmədquliyev, tel: 070 676 90 74.