Qubanın 11-ci sinif şagirdləri Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”-in müsabiqəsində iştirak edəcəklər. Bu barədə ShimalNews 25 may tarixində Quba rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinə istinadən məlumat verir.
Nurhan Teymurxanlı “Baku Skills” müsabiqəsi üzrə “Küçə heyvanları üçün istənilən yerə quraşdırıla bilən cihaz” layihəsi ilə çıxış edəcək. Eləcə də Leyla Allahverdiyeva “GreenTech” müsabiqəsi üzrə “Su hövzələrinin çirklənməsinə qarşı” layihəsi ilə mübarizə aparacaq.
“Teknofest” 26-29 may tarixlərində keçiriləcək.