Futbol üzrə Xaçmaz rayon birinciliyinin növbəti yarımfinal görüşü yekunlaşıb. Bu barədə ShimalNews 24 may tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“Qımıl” və “Ləcət” komandaları arasında keçirilən görüş birincinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə “Qımıl” turnirin final mərhələsinə vəsiqə qazanıb.
Daha öncə, “Qıralıq” və “Uzunoba” komandalarının görüşünün müvafiq olaraq 3-2 hesabı ilə yekunlaşması barədə məlumat vermişdik.