Xaçmazın 6-cı sinif şagirdi idmanda və təhsildə uğurları ilə fərqlənib. Bu barədə ShimalNews 23 may tarixində Facebook sosial şəbəkəsində yayılan məlumatlara istinadən xəbər verir.

U-13 futbol komandasının kapitanı Oruc Yusifli bu günədək yarışlarda çoxsaylı medallara sahib olub. Bununla bərabər o, Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində təhsil alır.

Oruc və onun qardaşı Ayxan Məktəblilərarası VII Fənn müsabiqələrində medal qazanıblar.

7-ci sinifdə oxuyan Ayxan fizika fənni üzrə qızıl, Oruc isə informatika fənni üzrə gümüş medalına layiq görülüblər.