Xaçmazda baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb. Bu barədə ShimalNews 23 may tarixində Avtosfer.az-a istinadən məlumat verir.
Nərəcan-Uzunoba avtomobil yolunda avtomobil qəzası baş verib. “Qazel” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə 57 yaşlı Sevda Xəlilova, 50 yaşlı Sevil Xəlilova, 31 yaşlı Əmrah Məcidov və 29 yaşlı Qədir Musayev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.