Xaçmazlı idmançı uşu idman növü üzrə keçirilən çempionatda 3-cü yeri tutub. Bu barədə ShimalNews 21 may tarixində Rayon Gənclər və İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
Yeniyetmələr, gənclər və kişilər arasında 19-cu Azərbaycan çempionatı Bakı şəhəri Abşeron Olimpiya İdman Kompleksində baş tutub. Turnirə rayon komandası 8 idmançı ilə qatılıb. 75 kq çəki dərəcəsində mübarizə aparan Nihad Heydərov bürünc medal qazanıb.
Turnir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib.