Futbol üzrə Xaçmaz rayon birinciliyinin növbəti oyunlarının vaxtı və yeri dəqiqləşib. Bu barədə ShimalNews 21 may tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Turnirin yarımfinal mərhələsi mayın 23-ü Yergüc kənd stadionunda baş tutacaq. “Qıralıq” və “Uzunoba” komandaları arasında görüş saat 15:00-da başlayacaq. “Ləcət” və “Qımıl” komandaları isə 18:00-da qarşılaşacaqlar.