Qubalı idmançı kikboksinq üzrə Dünya kubokunun sahibi olub. Bu barədə ShimalNews 21 may tarixində məlumat verir.
Türkiyənin İstanbul şəhərində keçirilən yarışda gənc döyüşçü Səfərəli Vəhədov 71 kq çəki dərəcəsində qızıl medal qazanıb. Onun final döyüşlərində rəqibləri özbəkistanlı və türkiyəli kikboksçular olub.
Səfərəli 2-ci Nügədi kəndindəndir. O, A.Məmmədov adına 2 saylı Təbiət fənləri təmayüllü məktəb-liseyinin 9-cu sinif şagirdidir.