Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan şəhid Qurbət Tarverdiyevin doğum günüdür.
Qürbət Rasim oğlu Tarverdiyev 1998-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Qürbət müharibənin ilk günlərindən silaha sarılaraq Xocavənd və Füzuli istiqamətində şiddətli döyüşlərin iştirakçısı olub. Tarverdiyev Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra Qürbət “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.