İsrailin Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerin rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib. Bu barədə ShimalNews 19 may tarixində Quba Rayon İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən məlumat verir.
Səfər çərçivəsində qonaqlar və icra başçısı Ziyəddin Əliyev Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbədə olublar. İştirakçılar buradakı tarix və mədəniyyət abidələri ilə tanış olublar, eləcə də qəsəbədə yerləşən sinaqoqları ziyarət ediblər.