Xaçmaz rayonunda silsilə oğurluqlar edən Nərəcan kənd sakini saxlanılıb. Bu barədə ShimalNews 18 may tarixində Report-a istinadən məlumat verir.

Xaçmaz RPŞ əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Nərəcan kənd sakini Tofiq Həsənov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə girərək oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və s. bu kimi müxtəlif növ əşyaları oğurladığı müəyyən edilib. Bundan başqa, o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədilə xalasına məxsus evə daxil olaraq oradan ümumilikdə 5800 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.