Qusar sakinində qanunsuz silah-sursat aşkarlanıb. Bu barədə ShimalNews 18 may tarixində Daxili İşlər Nazirliyinin səhifəsinə istinadən məlumat verir.

RPŞ əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Şirvanlı kənd sakini M.Novruzovun evinə baxış zamanı oradan “TOZ-16” markalı ov tüfəngi, 8 ədəd giliz, 8 ədəd patron, 250 qram barıt aşkar edilərək götürülüb.